Azərbaycanda həbsxanada daha bir nikah - fotolar

Azərbaycanda həbsxanada daha bir nikah - fotolar
2650 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Mahmudov Nizami Əmir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.

Axşam.az qurumun saytına istinadən xəbər verir ki, bu gün təcridxananın inzibati binasında 4 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Turan Abbasova, Pərvin Məmmədova və Akim Abbasov tərəfindən Mahmudov Nizami Əmir oğlunun vətəndaş Məmmədova Gülnar Müzəffər qızı ilə nikahı qeydə alınıb.

Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.