Dünyanın ən bahalı paltarları: 30 milyon dollar - fotolar+siyahı

Dünyanın ən bahalı paltarları: 30 milyon dollar - fotolar+siyahı
8477 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər bir qadın gözəl görünməklə yanaşı, zövqlü olmağa da çalışır. Xanımlar, adətən qarderoblarında bahalı bir libasın olmasını arzulayırlar. Amma bəzi paltarlar var ki, onların dəyəri milyon dollarla ölçülür.

Axşam.az Rusiya mətbuatına istinadən dünyanın ən bahalı paltarlarının siyahısını təqdim edir:

14. “Swarovski Dirndl Dress” – orta əsrlərin dəbini xatırladan bu libas 150 min svarovski qaşdan hazırlanıb. Alman dizayner bu libası 13 günə ərsəyə gətirib. 127 min dollar dəyəri olan paltar ilk dəfə 2006-cı ildə alman model Regina Doytinqer tərəfindən nümayiş edilib.

13. Qızıldan hazırlanan gecə libası yapon dizayner Ginza Tanakaya məxsusdur. 1,1 kiloqram qızıldan tikilmiş libas 245 min dollaradır.



12. Ginza Tanakanın növbəti bahalı libası qızıl qəpiklərdən hazırlanıb. Üzərində 15 min ədəd qızıl pul olan libas 268 min dollaradır.

11. Şahzadə Keyt Midltonun gəlinlik paltarı da dünyanın ən dəyərli libasları sırasındadır. Özəl olaraq hazırlanan gəlinliyin qiyməti 400 min dollardır.

10. Merilin Monronun bu libası hərracda 1,27 milyon dollara satılıb. 1962-ci ildə Monronun Con Kennedinin ad günündə geyindiyi paltarın yeni sahibləri onu ucuz aldıqlarını deyiblər: Bu paltara iki qat artıq pul ödəməyə də hazır idik”

9. Armani Prive brendinin bu libası brilyant qaşlarla bəzədilib. Qiyməti 1,5 milyon dollar olan paltarı aktrisa Naomi Uotts “Oskar” mükafatlandırma mərasimində geyinib.

8. "Maria Grachvogel” qara gecə libası 2000 bahalı daşlarla bəzədilib. Əvvəlcə paltara 500 min dollar qiymət qoyulub. Ancaq libas moda nümayişindən sonra 1, 8 milyon dollara satılıb.

7. Məşhur qadın Merilin Monronun “uçan libas”ı 2011-ci ildə Los-Ancelesdə hərraca çıxarılıb. Paltar 4,6 milyon dollara satılıb.

6. Britaniyalı dizayner Debbie Uinqhamın gecə libası qara və ağ brilyantlarla bəzədilib. 13 kiloqram ağırlığı olan libas 5,6 milyon dollaradır.

5. Qara libas 2500 brilyant qaşla bəzədilib. 2005-ci ildə modelyer Nikki Vankets tərəfindən nümayiş olunan paltar 6,5 milyon dollaradır.

4. Ginza Tanakanın növbəti möhtəşəm libası 2013-cü ildə Tokioda nümayiş olunub. 502 brilyant və mindən çox mirvari ilə bəzədilən paltar 8,3 milyon dollaradır. Bu, dünyanın ən bahalı gəlinliyidir.

3. “Scott Henshall”ın libası 3000 brilyantla bəzədilib. Qiyməti 9 milyon dollar olan paltar müğənni Samanta Mamba tərəfindən 2004-cü ildə “Hörümçək adam 3” filminin premyerasında geyilib.

2. Milli müsəlmən paltarı “Abaya” britaniyalı modelyer Debbie Uinqham tərəfindən Dubayda hazırlanıb. Qiyməti 17,7 milyon dollara olan libas 2000 brilyantla bəzədilib. Onun üzərində ağ, qara, qırmızı qaşlar yer alıb.

1. Dünyanın ən bahalı paltarı “Solovey Kuala Lumpura”dır. Malayziyalı modelyer Faiyzali Abdullah tərəfindən hazırlanan libas 30 milyon dollaradır. İpəkdən tikilmiş paltarın üzərində 70 karatlı 751 brilyant var. Bu geyim ilk dəfə 2009-cu ildə “STYLO Fashion GrandPrix KL” festivalında nümayiş olunub.