Aparıcı Afaq Gəncəli: "Qəlbimdə onun sevgisi var"

Aparıcı Afaq Gəncəli: "Qəlbimdə onun sevgisi var"
18124 dəfə oxunub
  • A-
  • A
  • A+

- Artıq neçə illərdir ki, tamaşaçılar səni yalnız “Onlar” layihəsində görür. Yeni proyektlə izləyicilərin qarşısına çıxmağı düşünürsənmi?

- Efirdə görünmək xatirinə iş görmək istəmirəm. Yeni bir layihə hazırlayıram. İstəyirəm səviyyəli veriliş ortaya çıxarım. Yaxın günlərdə tamaşaçılar məni yeni imicdə, verilişdə görə biləcəklər.

- Bəs, bu yeni layihə “Onlar”dan getməyinə səbəb olmayacaq ki?

- Yox “Onlar” davam edəcək. Yeni layihəm də şou xarakterlidir. Çox maraqlı və fərqlidir. Hələki bu haqda çox məlumat verə bilmirəm.

- Belə gözəl və gənc qalmağının sirri nədir?

- İnanın heç bir önəmli prosedurlar etmirəm. Sadəcə, hər səhər idmana gedirəm, rəqslə məşğul oluram. Oğlum Qədirxan da basketbola gedir. Hərdən onunla basketbol da oynayıram. Biz idmançı ailəsiyik. Bir də gərək insanın qəlbi gözəl olsun, paxıllıq adamı tez qocaldır.

-  Sənin plastik əməliyyata tez-tez müraciət etdiyin deyilir...

- Bir dəfə cərrahiyə əməliyyatı keçirmişəm. Plastik əməliyyata pis baxmıram. Əgər özümdə nəyisə dəyişmək, daha da gözəl görünmək istəyirəmsə və buna görə də mənə plastik əməliyyat lazımdırsa, əlbəttə etdirərəm. Biz göz qabağında olan insanlarıq. Həmişə gözəl, baxımlı görünməliyik. Tamaşaçılar bizdən enerji almalıdırlar. Amma heç nə aşırı dərəcədə olmamalıdır.

- Oğlun Qədirxan ona az vaxt ayırmağından şikayətlənirmi?

- Bacardığım qədər Qədirxanla çox vaxt keçirməyə çalışıram. İllər bir göz qırpımında keçir. İstəmirəm gələcəkdə oğluma baxanda peşmançılıq hissləri ilə deyim ki, niyə sənə vaxtında kifayət qədər zaman ayırmadım?!

- Ən çox nədən narahatsan? Həyatında nəyi dəyişmək istəyərdin?

- Əslində mən o qədər də narahat insan deyiləm. Amma valideynlərimdən, oğlumdan, əzizlərimdən çox nigaranam. İstəyirəm hər zaman yanımda olsunlar, xəstələnməsinlər, heç bir problemləri olmasın. Mən naşükür bəndə deyiləm. Allah hər şeyi mənə bəxş edib: gözəl övlad, sevdiyim işim və valideynlərim. Amma bir şeyin dəyişilməsini çox istərdim. Onu da Allahım məsləhət bilsə edər.

- Yəqin ki, sizin kimi gözəl xanımın qəlbi boş olmaz...

- Qəlbim boş deyil. Orada oğlum Qədirxanın sevgisi var. Əzizlərimin, valideynlərimin sevgisini də ora yerləşdirmişəm. Başqa sevgini, insanları ora sığışdıra bilmərəm.

- Bəs, ikinci dəfə evlilik təklifi alsan razılaşarsan?

- Allahın işin bilmək olmaz. Mümkündür. Qəlb həmişə insana sürprizlər yaşadır.    

Fotoqraf: Bəhruz ƏLİZADƏ