Bəzən dünyanın tanınmış dizaynerləri öz kolleksiyalarına elə bir model daxil edirlər ki, onu almağa hər adamın gücü çatmır.

Axşam.az xarici mətbuata istinadən dünyanın ən bahalı ayaqqabılarını təqdim edir:

12. “Eternal Diamond” brendi qızıl ayaqqabı istehsal edib. İngilis zərgər Kristofer Maykl tərəfindən hazırlanan ayaqqabı təmiz qızıldan və 2200 brilyant qaşdan düzəldilib. Zərgər bu modelə 220 min dollar qiymət qoyub.

11. “Brilyant arzu” adlandırılan bu ayaqqabı 500 min dollaradır. Ayaqqabı məşhur dizayner Stüart Vaysman tərəfindən 1420 rəngsiz brilyantdan hazırlanıb. 30 əyarlı model təmiz platindəndir.



10.Ketrin Uilsonun dizayn etdiyi bu ayaqqabı 21,18 əyarlıdır. Əl işi olan modeldə 2 mindən çox brilyant qaş var. Ayaqqabının qiyməti 500 min dollardır.
 

9. Rubindən düzəldilən ayaqqabının qiyməti 666 min dollardır. “Oz əfsanələr ölkəsi” filmi üçün xüsusi hazırlanan ayaqqabıdan cəmi dörd ədəd olub. O, hərraca da çıxarılıb.

8. 1940-cı illərin dəbini xatırladan “Retro Rose” modelli ayaqqabının müəllifi Stüart Vaysmandır. Gümüşdən olan ayaqqabının üzərində 1800 brilyant qaş var. Üzərində digər bahalı qaşlardan da istifadə edilən 100 əyarlı bu model1 milyon dollaradır.

7. “Merilin Monro” adı verilən ayaqqabı atlasdan hazırlanıb. Üzəri svarovski qaşlarla bəzədilib. Üstündə Merilin Monroya aid olan sırğa da var. Elə buna görə də, onun qiyməti 1 milyon dollaradır.

6. Ayaqqabının bağlama qatı 464 brilyantla bəzədilib. Bunu 2002-ci ildə aktrisa Laura Herrinq “Oskar” mükafatlandırma mərasimində geyinib. Qiyməti 1 milyon 90 min dollardır.

5. Rubin basanojkalar 123 karatlıdır. Üzərində 642 rubin qaş var. Londonda hərraca çıxarılan ayaqqabı 2 milyon dollara satılıb.



4. Tanzanit qaşlarla və brilyantla bəzədilən ayaqqabı 2 milyon dollaradır. 28 əyarlı brilyant, 185 əyarlı başqa qaşlarla düzəldilən modelin müəllifi Stüart Vaysmandır.

3. “Zoluşkanın ayaqqabısı” 11 santimetrlik dabana sahibdir. 595 əyarlı brilyantla bəzədilib. Üzərində dəyəri 1 milyon dollar olan amaretto qaş var. Ayaqqabıya 2 milyon dollar qiymət qoyulub.

2. “Rita Hayvort” adlandırılan qəhvəyi rəngli ayaqqabı satindən və brilyantdan hazırlanıb. Ayaqqabının üzərində 40-cı illərdə Hollivud ulduzu Rita Heyvortun sırğası var. Sırğanı brilyant, sapfir, rubin qaşları bəzəyir. Qiyməti 3 milyon dollaradır.

1. Rubin ayaqqabı “Oz əfsanələr ölkəsi” filmində istifadə edilib. 1939-cu ilə aid olan model 4600 rubin, 50 əyarlı brilyantdan hazırlanıb. Ümumi əyarı isə 1350-dir. Ayaqqabıya 3 milyon dollar qiymət qoyulub.



                   

Digər Xəbərlər