Anar Nəcəfli filmə çəkilir

Anar Nəcəfli filmə çəkilir
2035 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xəzər xəbər”dən tanınan aparıcı Anar Nəcəfli filmə çəkilir.

Axşam.az-ın məlumatına görə, aparıcı “Biznesmen” adlı ekran işində baş rolu – Əliabbası canlandıracaq. Bu haqda filmin rejissoru Nail Naiboğlu deyib.

Dramaturq Ramiz Abdullayevin “Biznesmen” əsəri əsasında lentə alınan film komediya janrındadır.
Ekran işində  xalq artisti Arif Quliyev, modelyer Fəxriyyə Xələfova, aktrisa Xuraman Əlizadə, aparıcı Kamran Quliyev və başqaları rol alacaq.

Çəkilişlərə noyabrın sonlarında başlanılacaq.

Qeyd edək ki, A.Nəcəfli bu ilin fevralında "Xəzər Tv"dən ayrılıb.