Nəzrin Cavadzadə: “Ən çox dodaqlarımı bəyənirəm” – sorğu

Nəzrin Cavadzadə: “Ən çox dodaqlarımı bəyənirəm” – sorğu
5548 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli məşhurlar arasında maraqlı sorğu aparılıb. Onlar “İnStyle”  dərgisinə seksual özəlliklərindən danışıblar.

Axşam.az həmin sorğunu təqdim edir:

Aktrisa Zeynəb Beşərlər – Ən seksual yerim kürəyimdir. Fikrimcə, kino dünyasının seksual ulduzları Uma Turman və Culiya Robertsdir.



Aktrisa-aparıcı Nəfisə Karatay – Kürək dekoltemi çox sevirəm. Bundan başqa, gözlərimin ifadəsini, bədənimin ağlığını, parlaq və şəffaf olmağını bəyənirəm. Ayağımda stilletto və xüsusilə, “Louboutin” varsa, özümü seksual hiss edirəm.



Azərbaycanəsilli aktrisa Nəzrin Cavadzadə - Qarşı cinsdə mənə seksual görünən baxışlardır. Özümdə isə ən çox dodaqlarımı bəyənirəm . Kifayət qədər dolğundur və dodağımın altında gözəl xalım var. Məncə, bir insanı seksual göstərən işini icra edərkən sərgilədiyi bacarığıdır.



Müğənni Atiyə Dəniz – Dodaqlarım cəlbedicidir. Mənim üçün baxışlar önəmlidir. Bir adamın sahib olduğu zəka onun gözlərindən oxunur. Rəqs edərkən, mahnı oxuyarkən və səhnədə olarkən özümü seksual hiss edirəm.



Müğənni Sərtab Ərənər – Əsl seksuallıq insanın özünə və bədəninə sahib çıxmasıdır. Özünəinam adamı həm seksual, həm də gözəl göstərir. Seksuallıq daxildən gələn bir şeydir. Özümü rahat hiss etdiyim və inandığım yer səhnədir.



Müğənni Harun Tekin – Əllərim, gözlərim və dodaqlarım seksualdır. Çünki onlarla çox şeyi ifadə edə bilirəm. Qadınlarda isə özünüifadə və özünəinamı çox bəyənirəm.



Aktyor Haluk Piyes – Seksual olmaq üçün fiziki cəlbedicilik danılmazdır. Bu, daxili gözəlliklə tamamlanarsa, çox xoşuma gələr. Özünə inanan insan həmişə seksualdır.