“Elza, bu saçla maşınıma yerləşməzsən”

“Elza, bu saçla maşınıma yerləşməzsən”
1826 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Vasif Məhərrəmli əməkdar artist Elza Seyidcahanla bağlı maraqlı hadisə danışıb.

Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişində qonaq olan ifaçı həmkarının qeyri-adi saç düzümünü ələ salıb:

“Elza hər zaman qeyri-adi saç düzümü ilə görünür. Bir dəfə Dilarə Əliyevanın “Çal-çağır” verilişinə qonaq olmuşduq. Elza qəribə saç düzümü etdirmişdi: başında böyük çubuqlar var idi. Verilişdən sonra dedi ki, məni evə apar. Söylədim mümkün deyil, Elza, bu saçla maşınıma yerləşməzsən axı, necə aparım? Oturub orda Elzanın başındakı çubuqları çıxardıq. Bir “şələ” çubuq çıxdı. Sonra maşına oturdub evinə yola saldım”.