“Azərbaycan kişiləri baxımlıdır”

“Azərbaycan kişiləri baxımlıdır”
1356 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Anar Mədətov Azərbaycan kişilərinin baxımlılığından söz açıb.

Axşam.az-ın məlumatına görə, “İncə+” verilişinin qonağı olan prodüser yerli ifaçıların əcnəbilərdən zövqlü olduğunu iddia edib:

“Kişilər bahalı saat taxmaqla, brend geyinməklə baxımlı olmur. Azərbaycan kişiləri həm geyimi, həm xanıma münasibəti ilə başqa xalqların kişilərindən seçilir. Hətta xaricdən müğənni gələndə də deyir sizdə ancaq marka geyinilir. Gigiyena mütləqdir. Özünə baxan üzərində işləyir. Pinti insanlar da var ki, nə qədər marka geyinsələr də, düzəlmir. Azərbaycn kişiləri baxımlıdır. Oturub-durduğum insanların da səliqəli olmasına önəm verirəm. Hətta nəsə çatışmayan bir şey görəndə məsləhət də verirəm”.