“Nizami Xudiyev məni bəyənmirdi”

“Nizami Xudiyev məni bəyənmirdi”
3480 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS-in aparıcısı Rövşanə Bektaşi jurnalistikaya gəlməsindən danışıb.

Axşam.az-ın məlumatına görə, “Günəbaxan” verilişinə qonaq olan aparıcı Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Nizami Xudiyevin onu bəyənmədiyini etiraf edib:

“1998-ci ildə televiziyaya gəlmişəm. Valid və Ofelya Sənanidən çox şey  öyrənmişəm. Dövlət televiziyasında işə başlamışam. O vaxt da müsabiqə keçirilirdi. Nizami Xudiyev sədr idi. Məni bəyənmirdi. O, qaraşın, hündürboy xanımları efirdə görməyi xoşlayırdı. Mən isə o vaxtlar sarışın idim. Çalışırdım Nizami müəllimin xoşuna gəlim, saçım qara olsun. Televiziyada sədrlərin özlərinin bəyəndiyi tipajlar olur”.