Xalq artisti canlı efirdə belə oynadı – video+fotolar

Xalq artisti canlı efirdə belə oynadı – video+fotolar
6226 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Səməd Səmədov uzun müddətdir ki, küsülü olduğu və hər fürsətdə onu tənqid edən müğənni Əli Mirəliyevlə eyni proqrama qatılıb.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişinin qonağı olan ifaçılar canlı yayıma iki dost kimi çıxıblar və barışdıqlarını nümayiş etdiriblər.

Ə.Mirəliyev xalq artisti ilə bağlı bunları deyib:

“Çox danışdım, tənqid etdim, işə yaradı. Özünü düzəldib. Gözəl oxuyur. Ona beş il icazə verirəm, toylara gedə bilər. Səməd 30 ildən çox mənim musiqiçim olub. "Aparatura"da otururdu. Müğənnilər arasında onun kimi "aparutara"dan başı çıxan, toy işini bilən yoxdur”.

Daha sonra müğənnilər birlikdə rəqs ediblər.