“Səbəbini açıqlamadım ki, şouya çevrilməsin” – Namiq

“Səbəbini açıqlamadım ki, şouya çevrilməsin” – Namiq
2458 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Namiq Qaraçuxurlu uzun fasilədən sonra yenidən sevənlərinin qarşısına çıxacaq.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda İnstaqram səhifəsində yazıb:

“Dostlarıma, tanışlarıma salam. Müəyyən səbəblərdən uzun zamandır sizinlə deyiləm. Bu fasilənin səbəbini açıqlamadım ki, şouya çevrilməsin. Artıq yavaş-yavaş görünməyə qərar vermişəm. Sizin üçün çox darıxmışam. Mənə qarşımda eyni hissi keçirən, hər gün fotolarıma yazılan şərhlərdə məni görünməyə səsləyən insanların qarşısında baş əyirəm və sonsuz təşəkkürümü bildirirəm. Biz yenidən birlikdəyik. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Səbriniz tükənməz, canınız sağ olsun”.

Qeyd edək ki, meyxanaçı bir müddət əvvəl xalasının dünyasını dəyişdiyini bildirmişdi.