Ramil Niyazinin ev muzeyində

Ramil Niyazinin ev muzeyində
2333 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli musiqiçi maestro Niyazinin ev muzeyində vokalçı Ramil Qasımovun ziyalılarla görüşü təşkil olunub.

Axşam.az-ın məlumatına görə, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirilən tədbiri giriş sözü ilə muzeyin direktor müavini Təranə Qurbanova açıb.

Muzeyin direktoru Əməkdar İncəsənət İşçisi, sənətkarşünaslıq namizədi Alla Bayramova klassik silsiləli gecələrin keçirilməsinə şad olduğunu bildirib.

Tədbirin əvvəlində böyük Niyazinin “Arzu” romansını ifa edən R. Qasımov alqışlarla qarşılanıb.
R.Qasımov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə diqqət və qayğısı daim əvəzolunmaz olub.  O böyük maestro Niyazini daim diqqətində saxlayıb. 

R. Qasımov Ə.Bədəlbəylinin “Nizami” operasından Nizaminin ariyası, M.Maqamayevin  “Nərgiz” operasından Əlyarın ariyasını, həmçinin unudulmuş xalq mahnılarını gənc pianoçu  Tural Qasımlının müşayiətilə ifa edib. Həmçinin, Əməkdar İncəsənət Xadimi Rəşid Şəfəq də gecədə ana haqqında yeni əsərini R. Qasımovun ifasında təqdim edib.

Sonda R. Qasımov tamaşaçılara “Azərbaycanım” adlı CD toplusunu bağışlayıb. Muzey rəhbərliyi Heydər Əliyev fondunun dəstəyi ilə çap olunmuş dünya şöhrətli bəstəkar  Qara Qarayevin kitabını  R.  Qasımova hədiyyə edib.