Azərbaycanda ilk İnstaqram sərgisi

Azərbaycanda ilk İnstaqram sərgisi
3354 dəfə oxunub
  • A-
  • A
  • A+
Aprelin 13-14-ü Bakıda (İçəri Şəhər) Müasir incəsənət mərkəzində “İnstasərgi” adlı Instagram fotolarından ibarət sərgi olacaq.

Axşam.az-ın məlumatına görə, xaricdə bu tipli sərgilər artıq adi bir hal olsa da, Azərbaycanda ilk dəfədir keçirilir.
Sərginin özəlliyi ondadır ki, burada yalnız Instagram-a yüklənmiş fotolar nümayiş etdiriləcək. Onların əksəriyyəti mobil telefon vasitəsilə çəkilib. Sərginin təşkilatçıları “HajizadeGroup” şirkəti və “Aztagram” (www.aztagram.com) internet layihəsidir.

Sərgidə 500 - ə yaxın fotonun nümayiş olunması planlaşdırılıb. Burada Instagram istifadəçilərinin özlərinin çəkdiyi fotolar yer alacaq.

Həmçinin sərgi əsnasında keçirilmiş müsabiqənin qaliblərinin adları da açıqlanacaq və onlara sponsorlar tərəfindən hədiyyələr veriləcək.