"Aysel Teymurzadənin oğlu yox, qızı var"

"Aysel Teymurzadənin oğlu yox, qızı var"
7490 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gün öncə mətbuatda müğənni Aysel Teymurzadənin uşaqla birlikdə olan şəkili maraq doğurub.

Axşam.az-ın məlumatına görə, bu körpənin Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlovla ailə həyatı quran sənətçinin oğlu olduğu bildirilib.

Müğənninin adını açıqlamaq istəmədiyi yaxın rəfiqəsi saytımıza bildirib ki, şəkildəki uşaq Ayselin deyil:

“Fotoda görünən oğlan uşağıdır. Ayselin isə bir qızı var. Adı isə Səidədir. Həmin şəkil çoxdan çəkilib. İndi Aysel kökəlib, görünüşü dəyişib, əvvəlki kimi deyil. Hazırda müğənni Bakıdadır. Son vaxtlar onun sənətə geri qayıdacağı ilə bağlı da söz-söhbət yayılıb. Bu da növbəti şayiədir. Onun müğənniliyə geri qayıtmaq fikri yoxdur”.