Anar qış dəbindən danışdı

Anar qış dəbindən danışdı
5144 dəfə oxunub
  • A-
  • A
  • A+

Stilist Anar Ağakişiyev 2015-ci ilin dəbindən danışıb.

Axşam.az-a açıqlama verən stilist dəblə ayaqlaşan xanımlara məsləhətlər verib:

“2015-ci ilin qış dəbində ağ-qara, qırmızı rənglər aktual olacaq. Əsasən avanqard stil dəbdədir. Bu həm paltolarda, həm də gecə libaslarında öz əksini tapacaq. 1980-ci illərin dəbinə bənzəyən libaslar üstünlük təşkil edəcək. “Zamok”lu, klassik şalvarlar, kombinizonlar dəbdə olacaq ki, onları sadə koftalarla uyğunlaşdırmaq lazımdır.
Klaç tərzində olan çantalar dəbdə olacaq.
Ziyafət geyimləri 2015-ci ildə çox gözəldir. Mavi, qara, boz, qırmızı rəngli geyimlər daha çox aktualdır.
Saç düzümlərində isə xanımlar qısa və dağınıq stilə üstünlük versinlər.
Makiyajda solğunluq aktualdır. Çalışsınlar nəmləndiricidən, tünd dodaq boyalarından istifadə etsinlər.
2015-ci ilin yayında makiyajda “partlayış” olacaq. Çox qabardılmış kirpiklər dəbə gələcək. Bir növ Türkan Şoray tərzindəki göz makiyajı aktual olacaq. Təkcə üst yox, alt hissəyə də kirpiklər qoyulmalıdır”.