“Milyonçu istədiyi müğənnini çağırır evinə...”

“Milyonçu istədiyi müğənnini çağırır evinə...”
2107 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Gövhər Həsənzadə mahnılarının qiymətini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, “Xəbərsizsiniz” verilişinə qonaq olan bəstəkar ifaçılardan şikayətlənib:

“Mənim bəstələrim 5-6 min manat arasında ərsəyə gəlir. Bu qiymətə mahnını bizim müğənnilər almır. Mən bunu Azərbaycanın hüdudlarından kənarda satıram. İndi bir milyonçu ortaya çıxır, istədiyi müğənnini evinə çağırır və deyir: “Mən bir mahnı yazmışam, beynimə bir şey gəlib, etmişəm. Oxu bunu. Sənə dünyanın istədiyin yerində klip çəkdirəcəm, istədiyin kimi reklam edəcəm”. Bu cür bəstəkar olduğu halda, müğənni məni neyləyir? Sənətçilərimiz bu gün maşını, evi ilə gündəmə gəlir, mahnı ilə yox. Tamaşaçı isə onlara baxıb gülür”.