“Facebook”un sahibi xanımını belə təbrik etdi - video

“Facebook”un sahibi xanımını belə təbrik etdi - video
2679 dəfə oxunub
  • A-
  • A
  • A+

“Facebook” sosial şəbəkəsinin sahibi və direktorlar şurasının sədri Mark Zukerberq həyat yoldaşı, tibb elmləri üzrə doktor Prisçilla Çanla tanış olmasının 11 illiyi münasibəti ilə romantik video-çarx hazırlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, video-çarxda iş adamının xanımına ünvanladığı sözlər və fotoları yer alıb. M.Zukerberq paylaşdığı videoya “Düz 11 il əvvəl mən gözəl bir qızla tanış oldum. Prisçilla, çox sağ ol ki, mənim bu həyatda sevimli varlığımsan. Biz birlikdə böyüyür və inkişaf edirik” sözləri ilə şərh yazıb.

Qeyd edək ki, Mark və Prisçilla 2003-cü ildə Harvard Universitetinin buraxılış gecəsində tanış olsalar da, münasibətlərini 2012-ci ildə rəsmiləşdiriblər.