Fatimə hamiləliyini gizlətmə səbəbini açıqladı

Fatimə hamiləliyini gizlətmə səbəbini açıqladı
9959 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva “Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin “Hər şeyə stop” rubrikasının qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi şəxsi həyatından danışıb. O, nikahdankənar övlad dünyaya gətirməsi ilə bağlı söhbətlərə son qoyub:

“Kimsə ailəsini üzə çıxarmırsa, buna normal baxıram. Vaxtilə oğlum oldu, mən gizlətdim. İndi övladımı görən şoka düşür ki, necə oldu 3 yaşında oğlun var. Uşağımı qanunla dünyaya gətirmişəm. Heç bir çərçivədən kənara çıxmamışam. Yaxınlarım bilir ki, həyatımda hər şey yaxşıdır. Oğlumun anası da, atası da var. Mənim Aydanım böyük qızdır, universitetdə oxuyur. İstəmədim ki, onun üçün sözlər desinlər. Çünki oğlum toy olmadan doğulub. Necə və nələr olduğunu açıqlamayacam”.

Layihənin müəllifi rejissor Nail Naiboğludur.