“Soyuq əllər, isti ürək: Qış Möcüzəsi” xeyriyyə yarmarkası keçiriləcək

“Soyuq əllər, isti ürək: Qış Möcüzəsi” xeyriyyə yarmarkası keçiriləcək
1072 dəfə oxunub
  • A-
  • A
  • A+

"NARGIS" Nəşriyyat Evinin təşkilatçılığı ilə Fəvvarələr Meydanında "Soyuq əllər, isti ürək: Qış Möcüzəsi" adlı Yeni İl Xeyriyyə Yarmarkası keçiriləcək.
 
Dekabrın ilk günlərində başlayacaq yarmarka 1 ay müddətində davam edəcək.

Həmin günlər ərzində siz bayram ab-havasından həzz alaraq, yarmarkanın məşhur qonaqları ilə ünsiyyətdə olmaq imkanı qazanacaq, suvenirlər, şirniyyatlar və digər hədiyyələr əldə edə biləcək, əsl qış möcüzəsini hiss edəcəksiniz! Sürprizlərlə dolu yarmarkada həm uşaqları, həm də böyükləri müxtəlif əyləncələr gözləyir!

Hər gün yeni il hitlərinin sədaları altında "NARGIS" Nəşriyyat Evinin heyətinin, yarmarkanın daimi dostlarının və tərəfdaşlarının təqdim etdiyi əyləncələrə qatılaraq, möcüzənin bir hissəsi olacaqsınız.

Yarmarka ənənəvi olaraq, xeyriyyə məqsədi daşıyır. Bu il “NARGIS” fondu “Qocalar evi” və ağır xəstəlikdən əziyyət çəkən bir neçə uşağa yardım əlini uzadacaq. Daha ətraflı məlumatı yaxın zamanda nargismagazine.az və buro247.az saytlarında əldə edə bilərsiniz. Hər birinizi bu gözəl və şən yarmarkaya dəvət edir, xeyriyyə aksiyasına qoşulmağa çağırırıq!