“Oxuya bilmirəmsə, evdə oturaram...” – Mələkxanım Əyyubova

“Oxuya bilmirəmsə, evdə oturaram...” – Mələkxanım Əyyubova
1577 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Mələkxanım Əyyubova həmkarlarından şikayət edib.

Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişinin qonağı olan muğam ifaçısı köhnə səsyazmaları ilə efirə çıxan müğənnilərdən danışıb:

“Efirə baxıram, çıxıb 20 il əvvəlki səsyazmanı qoyub oxuyurlar. Dünənki uğur dünəndə qalıb. Mən heç vaxt belə etmərəm. Əgər oxuya bilmirəmsə, evdə oturaram, müəllimlik edərəm. Bu sahədə çalışırıqsa, hər gün, hər ay xalqa yenilik bəxş etməliyik”.