Bakıda "Velo sərgi" keçiriləcək

Bakıda "Velo sərgi" keçiriləcək
277 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı velosiped idmanının inkişafına və yaradıcı gənclərin tanıtımına dəstək olmaq məqsədilə velosiped idmanı ilə bağlı rəsm, heykəl və dekorativ sənət növləri üzrə müsabiqə elan edir.

Axşam.az xəbər verir ki, qaliblərin adı dekabrın 24-ü, saat 18:00-da açıqlanacaq. Müsabiqəyə qəbul edilmiş ən yaxşı əsərlər isə dekabr ayının 24-dən 26-dək Dənizkənarı Milli Park ərazisindəki "Park Bulvar" AVM-də sərgilənəcək. Ən yaxşı 3 əsərin müəllifi müvafiq olaraq 500, 300 və 200 AZN məbləğində pul mükafatına layiq görüləcək. Bundan başqa, digər həvəsləndirici mükafatlar da nəzərdə tutulub. Rəsm əsərlərinin ölçüləri 60x80 sm-dən kiçik olmamalıdır.

Əsərlər dekabrın 20-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatına təqdim edilməlidir. Maraqlananlar (+99455) 284-99-96 və (+99455) 211-37-97 nömrəli telefona zəng edərək ətraflı məlumat əldə edə bilərlər.