Tanınmış model öldü - fotolar

Tanınmış model öldü -  fotolar
9316 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir çox tanınmış brendlərin siması olan dünyaca məşhur model Katerina Netolika evinin vanna otağında ölü tapılıb.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, 26 yaşlı modellə birlikdə evdə saxladığı iki itinin də cəsədi olub.
 
"Loreal", "Prada" kimi brendlərin siması olan Netolikanın şübhəli ölümü ilə əlaqədar polis araşdırmaya başlayıb. Modelin cəsədini qardaşı tapıb. O, bacısının zənglərə cavab vermədiyini görüb, evin qapısını sındıraraq içəri daxil olub.

Katerinanın hokkey oyunçusu olan sevgilisi Jakub Petruzaleklə eyni mənzildə yaşadığı bildirilib. O, hazırda xaricdədir. Modelin dostlarının bəzisi onun uzun müddətdir depressiyada olduğunu və intihar etmək istədiyini deyiblər. Bəziləri isə Netolikanın çox pozitiv bir qız olduğunu iddia edib.