"Sevdayla maraqlı alınar"

"Sevdayla maraqlı alınar"
1537 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Yahyayeva və Əbdül Xalid restoranların birində fotokameramızın obyektivinə tuş gəlib.

Axşam.az-ın məlumatına görə, iki müğənni uzun-uzadı söhbət edib. Sevdanın ifasını çox bəyəndiyini deyən Xalid “Yeni duet gözlənilir?” sualına isə belə cavab verib:

“Bu haqda heç vaxt düşünməmişdim. Amma niyə də olmasın?! Sevda istedadlı müğənnidir. İnanıram ki, onunla duetimiz maraqlı alınar”.

Zəhra Əhmədova