"Deputatlarımız da yanıma gəlib-gedirlər" - xalq artisti

"Deputatlarımız da yanıma gəlib-gedirlər" - xalq artisti
1836 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mədəniyyət və Turizm Nazirliyinin işçiləri tez-tez mənə baş çəkir, səhhətimlə maraqlanırlar”.

Axşam.az-ın məlumatına görə, bunu azvision.az- a açıqlamasında uzun müddətdir səhhətindən əziyyət çəkən xalq artisti Nuriyyə Əhmədova bildirib.

Güclü ayaq ağrılarının olduğunu deyən aktrisa hazırda müalicəsini ev şəraitində davam etdirdiyini bildirib:

“Zarafat deyil, 64 yaşım var. Yaş öz işini görür. Çox ağrıyıram, ayaqlarım məni çox incidir. Həkimin nəzarəti altındayam. Dərmanları da çox içmək olmur. Bir tərəfdən xeyirdirsə, digər tərəfdən ziyanı çoxdur. Qara ciyərimdən, mədəaltı vəzimdən çox əziyyət çəkirəm. Buna görə dieta saxlayıram. Özümə baxmalıyam da neyləyim, Faiqi də böyütmək lazımdır axı. Mən nəvəm Faiqə görə yaşayıram”.

Aktrisa bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin işçiləri tez-tez ona baş çəkir:

“Yanıma gəlib gedənlər çoxdur. Sağ olsunlar, hamı maraqlanır səhhətimlə. Nazirliyin işçiləri də tez-tez mənə baş çəkir, deputatlarımız da yanıma gəlib-gedirlər”.

Xatırladaq ki, Nuriyyə Əhmədovanın oğlu 37 yaşlı Əli İslamzadə 4 sentyabr 2014-cü ildə xəstəlikdən dünyasını dəyişib.