"Yaşarın yoxluğu çətindir" - Firəngiz Mütəllimova

"Yaşarın yoxluğu çətindir" - Firəngiz Mütəllimova
1875 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, milli kino və teatrda əvəzsiz rolların ifaçısı Yaşar Nurinin ölümündən iki il keçir. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova mərhum Yaşar Nuri haqqında öz təəəsüratlarını AzVision.az-la bölüşüb:

“Əməliyyat keçirdiyim üçün onun qəbrini neçə müddətdir ziyarət edə bilmirdim. Amma, ayağa durandan sonra onun qəbrini ziyarət etdim. Yaşarın yoxluğu çətindir. Hələ də inanmıram ki, Yaşar yoxdur. Düzdür, televiziya onun haqqında verilişlər verir, yada salır, amma yenə də Yaşar yoxdur. Onun səsi üçün darıxmışam. Yaşarın "alo" deyən səsi yoxdur, düşünən beyni artıq yoxdur. Amma insan vərdiş edir, get-gedə dərk edir ki, hər kəsin gəliş-gediş anı var. Heç kim bilmir nə qədər yaşayacaq. İnsan var, hamıya lazımdır, yaşamır. İnsan da var, heç kimə lazım deyil, amma yaşayır. O, Allahın işidir. Ona görə də, gələni də, gedəni də hörmətlə yad etmək lazımdır”.

Qeyd edək ki, Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Yaşar Nuri yüzlərlə obrazlar canlandırdığı Milli Dram Teatrın səhnəsindən alqışlarla son mənzilə yola salınıb. Mərhum 2-ci Fəxri Xiyabanda dəfn olunub.