Azərbaycanlı aktrisa xəstəxanaya yerləşdirildi: "Atası körpəmdən imtina edir"

Azərbaycanlı aktrisa xəstəxanaya yerləşdirildi: "Atası körpəmdən imtina edir"
12667 dəfə oxunub
  • A-
  • A
  • A+

Hamilə olan aktrisa Türkan Əliyeva Respublika Perinatal Mərkəzinə yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, “Qafqazinfo”ya açıqlama verən aktrisa bildirib ki, uşağını itirmək təhlükəsi ilə qarşı-qarşıyadır:

“Xəstəxanada həkim nəzarəti altındayam. Hamiləliyimin yeddinci ayındayam, uşağımı itirmək təhlükəsi var. Buradan sağ çıxıb-çıxmayacağımı bilmirəm. Uşağın atası körpəmdən imtina edir, köməyə ehtiyacımız olduğunu bilir. Elə etməsin ki, uşağını ona göstərməyim. Verilişlərin birində DNT testi etdirəcəm, qoy uşağın atasının kim olduğunu hamı bilsin. İstəyirəm ki, o şəxs uşağıma atalıq hüququ versin. Onun başqa köməyi lazım deyil. Hamilə olduğum üçün işləyə bilmirəm. Buradan çıxandan sonra körpənin atasının kimliyini açıqlayacam”.