"Gərək qadın olam ki, kimsə sponsorluq etsin"

"Gərək qadın olam ki, kimsə sponsorluq etsin"
944 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Kərim Abbasov Türkiyə səfərindən qayıdıb.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən sənətçi səfərinin məqsədindən danışıb. O, tanınmış türkiyəli müğənni ilə duet oxumağa hazırlaşdığını deyib:

“Onun meneceri ilə görüşdüm. Bu layihəni gerçəkləşdirmək üçün 200 min manat pul lazımdır. Gərək evimi satıb o qədər məbləğ əldə gedim. Sonra nə edəcəyəm, kirayə yaşayacam? Ən yaxşı variant sponsor tapmaqdır. Kişiyə də sponsorluq edən olmur. Gərək qadın olam ki, kimsə sponsorluq etsin. Bu layihə gerçəkləşsə, Türkiyədə və Azərbaycanda böyük bir partlayış olacaq. Duet ortağımın adını açıqlamaq istəmirəm, baş hərflərini deyəcəm: M.B. Bəlkə aramızda Gövhər Həsənzadə vasitəçi ola, bu işi düzüb-qoşa”.

K.Abbasov şou-biznesdəki durğunluqdan da bəhs edib:

“İfaçılarımız bir-birlərini qırırlar. O deyir “mən yaxşıyam”, bu deyir “mən birinciyəm”. Şou-biznesdə durğunluqdur. Qış yuxusunda yatmışıq. Röya və  Aygün Kazımova işləyir. A.Kazımovanın yeni mahnısını eşitdim. Dilləri varsa, dilçəkləri də var”.