“Flora Kərimova ürəyimdir, İlhamə Quliyevanı sevirəm”

“Flora Kərimova ürəyimdir, İlhamə Quliyevanı sevirəm”
2777 dəfə oxunub
  • A-
  • A
  • A+

“Şou-biznesdə mafiya yaradan qrup var”.

Axşam.az xəbər verir ki, bu sözləri “Onlar”a açıqlamasında müğənni Kərim Abbasov deyib. 

Onun sözlərinə görə, şou aləmində gizli eşq macərası yaşayanlar var:

“Şou-biznesdə məni şoka salan məqamlar çoxdur. Hər dəfə eşidəndə deyirəm ki: nə danışırsan, filankəs filankəslə görüşür? Axı o, evlidir, başqasıyla necə bir yerdədir? Bu aləmdə gizli sevgililər, münasibətlər çoxdur. Gizli mafiyalar, hegemonluq etmək istəyənlər var. Bir nəfər var, özünə mafiya qrupu yaradıb. Mən tanınanda o, hələ qrupda oxuyurdu. Mənə onun tərəfinə keçməyimi təklif edir. Deyirəm ki, dayan, mən Kəriməm, heç bir qrupa aid deyiləm. Mənim Aygün Kazımova ilə də, Röyayla da münasibətim əladır. Flora Kərimova ürəyimdir. İlhamə Quliyevanı sevirəm. İkisi ilə də ayrı-ayrılıqda münasibətim var. Onların heç biri demir ki, onunla oturursansa, mənə salam vermə”.