Müğənninin ailəli olduğu ortaya çıxdı

Müğənninin ailəli olduğu ortaya çıxdı
6989 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nurlan Təhməzlinin şəxsi həyatı ilə bağlı gizli məqam ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, sənətçinin üç il əvvəl ailə qurduğu məlum olub. O, bu haqda “Onlar” verilişinə müsahibəsində deyib:

“Mən evliyəm. Üç il bundan əvvəl ailə qurmuşam. Heç vaxt bu haqda sual verən olmayıb, ona görə də, danışmamışam. Xoşbəxtəm. İki övladım var: qızım – Zeynəb, oğlum – Onur. Həmişə şəxsi həyatımı gizlətdim. İki il əvvəl ata olanda buna özümü hazır hiss etmirdim. Amma sonradan öyrəşdim. Evə gedib onları görəndə bütün dərdlərimi unuduram. Qızım mahnılarımı əzbər bilir. Oğlum mənə oxşayır”.