"40 ildir evliyik, bir-birimizi yola veririk"

"40 ildir evliyik, bir-birimizi yola veririk"
1645 dəfə oxunub
  • A-
  • A
  • A+

“Uşaqlarla, nəvələrlə problemlər yaranır”.

Axşam.az xəbər verir ki, bu sözlər “Hər şey daxil” verilişində ailə-məişət problemlərindən danışan əməkdar artist Baloğlan Əşrəfova məxsusdur. 

O bildirib ki, hər ailədə olduğu kimi, onun da həyat yoldaşı ilə arasında problem, narazılıq yaşanır:

“Elə bir ev yoxdur ki, orada söz-söhbətlər yaşanmasın. Bu qaydadır: uşaqlarla, nəvələrlə problemlər yaranır. Həyat yoldaşı ilə məişət problemi olur. 40 ilə yaxındır ailəliyik. Bir-birimizi yola veririk. Bu cür də olmalıdır”.

B.Əşrəfov baxımlı xanımlardan da söz açıb:

“Evdə qayğı çoxdursa, qadın bütün günü güzgü qarşısında otura bilməz. Heç kəs sinəsinə döyməsin ki, bütün günü özümə baxıram. Elə xanımlar var ki, o, ev, iş nədir bilmir, bütün günü özünə baxır. Səhər yuxudan oyanan kimi evdə hər şeyi yerində görə bilməzsən. Bunlar başa düşülməlidir”.