Azərbaycanlı millət vəkili toy fotolarını yaydı

Azərbaycanlı millət vəkili toy fotolarını yaydı
3328 dəfə oxunub
  • A-
  • A
  • A+

Milli Məclisin deputatı Aydın Mirzəzadənin ailə həyatı qurmasından 30 il keçir.

Axşam.az AzNews.az-a istinadən xəbər verir ki, millət vəkili bu münasibətlə özünün toy şəkillərini yayıb. O,  "Facebook" səhifəsində “Bu gün, 24 noyabr toyumuzun 30 illik yubileyidir. 24 noyabr 1984-cü il, şənbə günü Mingəçevirdə palatka toyu etdik. Bəy olmağıma baxmayaraq həm əvvəldən, həm toy günü məni xeyli işlətdilər”- deyə qeyd edib.

Deputat həmçinin 30 ilin ona möhkəm ailə, iki gözəl övlad və maraqlı həyat bəxş etdiyini yazıb.

A.Mirzəzadə toyundan, həyat yoldaşı və uşaqları ilə fotolarla yanaşı, nikah haqqında şəhadətnaməsini də paylaşıb.