"Kişilərin saçına rəng qoymasına normal baxıram” - əməkdar artist

"Kişilərin saçına rəng qoymasına normal baxıram” - əməkdar artist
1065 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Gülbahar Şükürlü burun əməliyyatı etdirib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan qarmon ifaçısı yenidən plastik əməliyyata üz tutacaq:

“Həmişə deyirdim ki, heç vaxt əməliyyat etdirmərəm. İynədən qorxuram. Hətta mən əməliyyata gedəndə heç kim inanmadı. Burnumda qüsur var idi, plastik əməliyyat olundum. İndi nəfəs almağımda problem yaranıb. Yenidən müraciət edəcəm. Biz efir adamıyıq, ona görə baxımlı görünməliyik. Lazım gələrsə, bundan sonra bədənimdə də plastik müdaxilələr etdirəcəm. İndi evdar xanımlar estetik əməliyyat etdirirlər. Biz səhnə adamları niyə etməyək? Deyirlər, günahdır. Allah bunu yaradıbsa, niyə günah sayılır? Məncə, günah deyil, baxımlı görünmək üçün hər şey edilməlidir. Mən kişilərin saç əkdirməsinə, rəng qoymasına da normal baxıram”.