Aygünə dəstək üçün Türkiyəyə getdi

Aygünə dəstək üçün Türkiyəyə getdi
2355 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İlhamə Qasımova Türkiyəyə gedib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında səfərin məqsədinin orada yaşayan rəfiqəsi, ifaçı Aygün İsmayılovaya dəstək vermək olduğunu deyib:

“Aygün bu yaxınlarda “O səs Türkiyə” yarışmasına qatıldı. Türkiyəyə ona dəstək olmaq və ən əsası, yeni doğulan övladını görmək üçün getdim. Uşağı görə bilmədim, Aygünlə şəhərdə görüşdük. Amma ona hədiyyə aparmışdım. Hamı yeni doğulan körpəyə qızıl verir. Mən xoşlamıram. Onun üçün geyim aldım. Uşağın istifadə edə biləcəyi nəsə almağın tərəfdarıyam”.