"Ağ ölüm" tamaşası

"Ağ ölüm" tamaşası
2864 dəfə oxunub
  • A-
  • A
  • A+
Saat 19:00. Biletin qiyməti 6 AZN.

V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilən tamaşa.

Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Gəncləri və yeniyetmələri narkomaniya bəlasından çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları  əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf  Dadaşov və Anar Seyfullayev canlandırırlar.

Qeyd edək ki, tamaşa ölkə prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq səhnələşdirilib.