Qənirə Paşayeva Nəbahət Çəhrə ilə bir arada - foto

Qənirə Paşayeva Nəbahət Çəhrə ilə bir arada -  foto
3563 dəfə oxunub
  • A-
  • A
  • A+

Millət vəkili Qənirə Paşayeva türkiyəli aktrisa Nəbahət Çəhrə ilə bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, İstanbuldan Bakıya gələn millət vəkili aktrisa ilə təyyarədə görüşüb. O, birlikdə çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşaraq, bunları qeyd edib:

“İstanbul-Bakı dönüşündə qardaş Türkiyənin dəyərli sənətçilərindən Nəbahət Çəhrə ilə maraqlı söhbət etdik. Azərbaycan tarixi, mədəniyyəti, musiqisi, Qarabağ problemi ilə yanaşı, sənətdən, həyatdan da danışdıq. Nəbahət xanım Azərbaycana bir film layihəsi ilə bağlı dəvət əsasında gəldiyini söylədi. Ölkəmizə ilk dəfə gələn Nəbahət xanımın Azərbaycanı sevəcəyinə inanıram. Çünki elə təyyarədən başlayaraq Azərbaycan haqqında o qədər böyük sevgi ilə danışırdı ki... Çox maraqlı və həyat dolu bir insandır, cəmi 2-3 saat içində dostlaşdıq. Mənə layihə barədə də söylədi. Keçdiyimiz tarixi yolu anladan çox maraqlı bir layihədir və inşallah, uğurlu olsun. Nəbahət xanıma “İkinci Vətəninizə xoş gəldiniz” deyirik”.