“Səni axtarıram”ın dayandırılması ilə bağlı açıqlama - video

“Səni axtarıram”ın dayandırılması ilə bağlı açıqlama - video
8508 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Xoşqədəm Hidayətqızının aparıcılığı ilə ATV-də yayımlanan “Səni axtarıram” verilişinin yayımı qəflətən dayanıb.

Axşam.az-ın məlumatına görə, yarımçıq saxlanılan proqramın yerinə film nümayiş olunub. Bir neçə dəqiqədən sonra “Səni axtarıram” yenidən efirə çıxıb.

Verilişin prodüseri Əli Vəliyev yaranan problemlə bağlı açıqlama verib:

“Texniki bir problem olmuşdu. Ona görə də, yayıma ara verildi. Amma bir neçə dəqiqədən sonra veriliş qaldığı yerdən davam edib. Hərdən belə hallar baş verir. “Səni axtarıram” yayımlanacaq, heç bir problem yoxdur, işlər olduğu kimi davam edir”.