Səidə Sultandan martda toyu olacağı xəbərinə açıqlama

Səidə Sultandan martda toyu olacağı xəbərinə açıqlama
2567 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Səidə Sultanın martın 9-da toyu olacağı ilə bağlı xəbər yayılıb.

Axşam.az-a açıqlama verən sənətçi məsələyə aydınlıq gətirib:

“Bu yaxınlarda efirlərin birində dedilər ki, martın 9-da mənim toyumdur. “5/5” verilişində yalançı toy etdik. Ondan sonra belə xəbər yayılıb. Bakı balaca şəhərdir. Əgər nişanlansam, hamının xəbəri olacaq. Həm də mən nəyisə gizlədən deyiləm, açıq deyirəm”.

Yaradıcılığından danışan S.Sultan dekabrda yeniliklər təqdim edəcəyini bildirib:

“Sözünü deyən bəstəkarlarla çalışıram. Gözəl mahnılarım gəlir”.