Bu ilin dəbdə olan çəkmə modelləri – fotolar

Bu ilin dəbdə olan çəkmə modelləri – fotolar
5255 dəfə oxunub
  • A-
  • A
  • A+

Qış yaxınlaşdıqca çəkmələr qarderobumuzun əsas simvollarından birinə çevrilir.
 
Axşam.az xarici mətbuata istinadən bu ilin dəbdə olan çəkmə modellərini təqdim edir:

Kürklü çəkmələr – Bu ilin ən əsas trendidir. Dizə qədər tamamilə kürk olan və ya bu materialdan istifadə edilən çəkmələr dəbdədir. Bunlar əsasən, qalın corablar və mini ətəklə geyinilən çəkmələrdir.

Dəri çəkmələr – Klassik uzun çəkmələr hər zaman öz aktuallığını qoruyur. Hündürdaban və ya düzşəkilli ola bilər. Dəri çəkmələri qısa ətəklə və ya lasinlə geyinmək məsləhətdir.

Rezin çəkmələr –son illər populyarlığını daha da artırır. Bu cür çəkmələrin hər rəngdə və üslubda modelləri var.

Düz çəkmələr – Bunu əsasən əyində kip oturan şalvar və ya dar cinslə geyinmək olar. Şux görünməyi sevən xanımlar, adətən belə çəkmələrdən istifadə edirlər.