“Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş konsert keçiriləcək

“Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş konsert keçiriləcək
727 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 1-də Heydər Əliyev Sarayında 3 dekabr “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş konsert keçiriləcək.

Axşam.az AFİŞA xəbər verir ki, gecədə sənət aləminin tanınmış simaları iştirak edəcək. Aparıcılığını Pünhan İsmayıllının edəcəyi konsertdə xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Mətanət İsgəndərli, Nüşabə Ələsgərli, Könül Xasıyeva, müğənni Seyran Mirqəniyev, İlahə İbadova, Səbuhi İbayev, Bəturə Hüseynova və aşıq Telli Borçalı sevilən ifalarını səsləndirəcək.

Konsert saat 19:00-da başlayacaq. Giriş yalnız dəvətnamə ilədir.