Əməkdar artist səhhəti ilə bağlı hər ay Türkiyəyə gedir

Əməkdar artist səhhəti ilə bağlı hər ay Türkiyəyə gedir
1448 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Zöhrə Abdullayeva Türkiyə səfərindən qayıdıb.

Axşam.az-ın məlumatına görə, müğənni qardaş ölkəyə müayinə üçün yollandığını bildirib.

Bu haqda “5/5” verilişində qonaq olarkən bildirən Z.Abdullayeva hər ay Türkiyəyə səhhəti ilə bağlı getdiyini deyib:

“Hər ay İstanbula həkimə gedirəm. Müayinəyə yollanıram. Deyirəm birdən xəstələnib ölərəm, Azərbaycanın sənət aləminə ağır itki baş verər. Oradan da Londona yollandım. Bir az qalıb gəldim”.