Kənan M.M.: “... Kamerasının qarşısında durmaq mənə ağır gəlir”

Kənan M.M.: “... Kamerasının qarşısında durmaq mənə ağır gəlir”
1617 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Kənan M.M.dən yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, rejissor əməkdaşımızla söhbətində yeni film çəkəcəyini bildirib. O, ekran işində baş rolu özünün ifa edəcəyini deyib:

“İlqar Fəhmi ilə birlikdə dramatik film çəkəcəm. Heç bir xarici aktyora müraciət etməyəcəm. Çünki öz yerli aktyorlarımızın dəyərini bilirəm. Heç vaxt Türkiyədə film çəkmərəm. Buna büdcəm əl vermir. Azərbaycanda daha ucuz başa gəlir”.

Kənan M.M. hər hansı bir rejissorun lentə aldığı filmdə çəkilməyəcəyini də deyib:

“Təkliflər olur, amma razılaşmıram. Həm qonorar, həm də təcrübə baxımından uyğun deyil. Başqa rejissorun kamerasının qarşısında durmaq mənə ağır gəlir”.