Prezident Oksford məktəbinin açılışında - fotolar

Prezident Oksford məktəbinin açılışında - fotolar
3024 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib.

Axşam.az xəbər verir ki, məktəbin təsisçisi Mehriban Məmmədova görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Prezident Bakı Oksford məktəbinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.

Məktəbdə təhsil dörd mərhələ üzrə keçirilir. “Məktəbə hazırlıq” mərhələsi 4-5 yaşında uşaqlar üçün nəzərdə tutulub. Məktəbdə bir neçə “ART studio” fəaliyyət göstərir.

Növbəti, “İbtidai siniflər” mərhələsi isə 6-10 yaşında uşaqlar üçün nəzərdə tutulub və tədris Kembric Beynəlxalq Proqramı üzrə keçirilir.

Üçüncü mərhələ isə “Orta məktəb”dir. Bu mərhələdə 11-13 yaşında uşaqlar təhsil alırlar. Şagirdlər bu mərhələni bitirdikdə ingilis dili, riyaziyyat və təbiət fənləri üzrə yenidən “Cambridge Chekpoint Primary” imtahanları verirlər. Burada hərbi hazırlıq sinfi də yaradılıb.

Sonuncu mərhələ olan “tam orta məktəb” isə 14-18 yaşında uşaqlar üçün nəzərdə tutulub. Bu mərhələni bitirdikdə şagirdlər mərkəzləşdirilmiş imtahanları verərkən Azərbaycan Respublikasının tam orta təhsil haqqında sənədinə malik olurlar.

Məktəbdə şagirdlərin təlim və tərbiyəsi ilə 100 müəllim məşğul olur. Onların arasında Böyük Britaniya, ABŞ, Kanada, Kolumbiya, İsveç, Rumıniya, Malayziya, Cənubi Afrika Respublikası və Nigeriyadan olan müəllimlər də var.

Hazırda Bakı Oksford məktəbi məzunlarına “İGCSE”, “A-LEVEL” sertifikatı və Azərbaycan Milli Sertifikatını verir.

Prezident İlham Əliyev təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verib.