Əməkdar artist Aygün Bəylər aparıcılıq edəcək. Axşam.az-ın məlumatına görə, muğam ifaçısının “Yenə o bağ olaydı” adlı verilişi ATV-də yayımlanacaq. A.Bəylərin ilk qonaqları şair Baba Vəziroğlu, əməkdar artist Eyyub Yaqubov, bəstəkar Elçin İmanov olub. Verilişin ilk buraxılışı həftənin cümə axşamı saat 22:30-da yayımlanacaq.
Qeyd edək ki, A.Bəylər son günlər yeni imici ilə diqqət çəkib. Saç rəngini və geyim tərzini dəyişən müğənni dekabrın 27-si və 28-də Heydər Əliyev Sarayında konsert verəcək.