“Həyat yoldaşıma yalvardım ki…” – “Toppuş bacı”

“Həyat yoldaşıma yalvardım ki…” – “Toppuş bacı”
4036 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Tünzalə Əliyeva yenidən plastik əməliyyat etdirmək istəyir.

Axşam.az-ın məlumatına görə, aktrisa bu haqda “Gündəlik” verilişində deyib. Altı dəfə plastik əməliyyat keçirən “Toppuş bacı” həyat yoldaşının qadağasından söz açıb:

“Buna görə peşman deyiləm. Yenə əməliyyat istəyirəm. Amma həyat yoldaşım icazə vermir.Qoysa, bu dəqiqə etdirərəm. Sonuncu əməliyyata ondan küsülü getmişdim. Axırıncı günə qədər yalvarıb-yaxardım ki, icazə versin. Deyir ehtiyac yoxdur, sən belə də gözəlsən. Əvvəlki plastik əməliyyatları ailəli olmadığım vaxtlarda etdirmişdim. Sonuncu estetik deyildi, mədəmi kiçiltdim”.

Qeyd edək ki, T.Əliyeva Röyal adlı gənclə ailə qurub.