Azərbaycanın ən ucaboylu adamı ilə qısaboylu adamı görüşdü - video

Azərbaycanın ən ucaboylu adamı ilə qısaboylu adamı görüşdü -  video
2580 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın ən uca və qısaboy sakinləri bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, “Space”də “Hər gün” xəbərlər proqramı 225 santimetr boyu olan Aqil Sadıqzadədən və ondan 115 santimetr qısa Nuşirəvan Rəhimovdan müsahibə alıb.

29 yaşlı N.Rəhimov ali təhsilli olduğunu, qısa boyunun ona kompleks yaratmadığını deyib:

“Gəncədə universiteti bitirmişəm. Ailəliyəm, bir qızım var. Bu boy məni narahat etmir. Allahın verdiyi paydır”.

A.Sadıqzadə isə 11-ci sinfi bitirənədək boyu ilə əlaqədar problem yaşamayıb. Daha sonra gözləmədiyi halda boyu ucalıb. Hazırkı görünüşü isə ona iş tapmaqda çətinlik yaradır.