Qulluqçuları, manikür ustası və "iPad"i olan pişik - fotolar

Qulluqçuları, manikür ustası və "iPad"i olan pişik - fotolar
2210 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın tanınmış dizayneri Karl Lacerfildin “Birman” cinsli pişiyi Çoupetti heç də pis həyat sürmür.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, top modellərin sevimlisi olan, xüsusi təyyarələrlə səyahət edən 3 yaşlı Çoupetti sonuncu dəfə Gizel Bündçenlə birlikdə “Vogue” dərgisinin üz qabığına çıxıb.

Bu məşhur pişik haqqında 10 mühüm fakt:

1. Hər gün saat 7-də oyanan Çoupetti səhər yeməyini 3 gümüş qabda yeyir. Xüsusi çantası “Goyard”dandır. Əsasən qaz ciyəri, kürü, toyuq yeyir.

2. Françoiz və Marjorie adlı 2 qulluqçusu var. Onların vəzifəsi Çoupettini gündə iki dəfə daramaq və özünü necə aparması barədə Lacerfildə məruzə etməkdir.

3. 24 saat xidmətində olan baytarı, mühafizəçisi və manikür ustası var.

4. 4 ədəd “iPad”i var və onlardan necə istifadə etməyi çox yaxşı bilir.

5. Gəzintini çox sevir. Ən bahalı restoranlara aparılır. Parisin kafelərində xüsusi aşpazlar tərəfindən onun üçün özəl menyu hazırlanır.

6. Dünyanın tanınmış top modelləriylə müxtəlif dərgilərin üz qabığına çıxıb.

7. Ətirdən nifrət etdiyinə görə Lacerfild evdə ondan istifadəyə qadağa qoyub.

8. Onun üçün xüsusi hazırlanmış səyahət çantaları “Louis Vuitton” və “Goyard”dandır.

9. Qışda Paris, Nyu-York, Roma və Dallasda, yayda isə Kannda dincəlir.

10. Ən çox kağız torbaları parçalamağı sevir.