“Cırtdan və sehrli xalat” çəkilir - fotolar

“Cırtdan və sehrli xalat” çəkilir - fotolar
1563 dəfə oxunub
  • A-
  • A
  • A+

“3 Dost” animasiya studiyası “Cırtdan və sehrli xalat” animasiya filminin üzərində işləyir.

Axşam.az-ın məlumatına görə, studiyadan AzərTAc-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan “Cırtdan və sehrli xalat” animasiya filmi 3D proqramları vasitəsilə çəkilir.

İdeya müəllifi Müşfiq Hətəmov olan filmin süjet xətti Yusif Şeyxova məxsusdur. Filmin ssenari müəllifləri Yusif Şeyxov və Kənan Yusifov, rejissorları isə Rəşad Əfəndiyev və Yusif Qabilovdur.

Animasiya filminin xronometrajı təxminən 15 dəqiqə olacaq. Personajların konseptual hissəsi artıq hazırdır. Yaxın vaxtlarda animasiya üzrə işlərə başlanılacaq.