Azərbaycanlı aktrisa qəzaya düşdü - foto

Azərbaycanlı aktrisa qəzaya düşdü - foto
4175 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova qəzaya düşüb.

Axşam.az publika.az-a istinadən xəbər verir ki, aktrisanın idarə etdiyi avtomobil bir neçə dəqiqə öncə Gənclik metrosundan Tibbi Universitetinə gedən istiqamətdə, Mirəli Qaşqay küçəsində vurulub. Mürvətova sayta bildirib ki, “Nissan Tida” markalı avtomobil qəfil onun idarə etdiyi “Hyundai” markalı maşının qarşısına çıxıb:

“Qəfil qarşıma çıxdı. Yaxşı ki, maşını bir az kənara qaçırtdım, yoxsa daha pis nəticələnəcəkdi. Hazırda maşını evakuatorla servisə aparırıq, dəymiş ziyanı sığorta ödəyəcək”.