Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün "CNR Expo Fuar" mərkəzində çıxış edərkən bütün diqqətlər onun fotosunu çəkmək istəyən qıza yönəlib.
Axşam.az "Hurriyet"ə istinadən xəbər verir ki, Ərdoğan dünya siyasəti və iqtisadiyyatı mövzusunda fikirlərini bildirəndə, ərəb olduğu söylənilən bir qız media nümayəndələrinin diqqətini daha çox çəkib.
Gözəlliyi, geyim tərzi və aksesuarlarıyla göz oxşayan gənc qız prezidentin fotosunu çəkəndən sonra onun da fotoları sosial şəbəkələrdə yayılıb.
Ancaq Ərdoğanın gənc vurğununun hansı ölkədən olduğu məlum olmayıb.