"Xoca" Qırğızıstanda

"Xoca" Qırğızıstanda
712 dəfə oxunub
  • A-
  • A
  • A+
Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF), Qırğızıstan Azərbaycanlıları Konqresi İctimai Birliyinin və “Xəzər” İssık-Kul Azərbaycanlıları İctimai Birliyinin təşəbbüsü ilə “Bakı film” kinostudiyasında istehsal edilən “Xoca” bədii filmi qırğız dilinə dublyaj olunub.

Fondun Qırğızıstanın KTRK dövlət kanalı ilə apardığı danışıqlar nəticəsində “Xoca” filminin bu kanalda nümayiş etdirilməsi qərara alınıb.

Filmi qırğız dilinə tanınmış şair və tərcüməçi Mukan Asanaliyev tərcümə etmişdir. Dublyajın rejissoru Qırğızıstanın Əməkdar Artisti Murat Mambetovdur, filmi əməkdar artistlər Nazım Mendebairov və Şair Kasımaliyeva qırğız dilində səsləndiriblər. Filmin səs operatoru Nurkız Tunqatarovadır.

Xatırladaq ki, “Xoca” bədii filmi fevralda Azərbaycanın Qırğızıstandakı səfirliyi və TDSDF-in təşəbbüsü ilə Bişkekdə təqdimatı keçirilib. O günlərdə film Qırğızıstanın bir sıra telekanallarında rus dilində nümayiş etdirilib.

Filmin tərcüməçisi Mukan Asanaliyev Azərbaycan oxucusuna çoxdan tanışdır. Onun tərcüməsində akademik Ramiz Mehdiyevin “Gorus 2010: absurd teatı mövsümü” kitabı, Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, Mir Cəlalın “Seçilmiş əsərləri”nin üçcildliyi və bir sıra əsərlər qırğız oxucularına çatdırılıb.

Mənbə: Azərtac